SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq edildi

DÜNYA bölməsi

17:46 - 28 Fevral 2024

 SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq edildi

ABŞ və Britaniya SEPAH-ın Qüds qüvvələri və İran hökumətinin dəstəklədiyi Yəmən husilərinə yeni sanksiyalar tətbiq edib.

Yenipress.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron məlumat yayıb.

O, Qırmızı dənizdə Husi milislərinin hücumlarına görə bir daha İranın məsuliyyət daşıdığını bildirib:

“İranın dəstəklədiyi husilərin hücumları qəbuledilməzdir, qanunsuzdur və günahsız insanların həyatı və naviqasiya azadlığı üçün təhlükədir, - Kemeron deyib.

XİN başçısı bölgədə sabitliyi pozanlara qarşı mübarizədə Britaniyanın öz müttəfiqlərinin yanında olduğunu bildirib.

Qeyd edək ki, Britaniya indiyədək İran ilə əlaqəli 400 şəxs və ya quruma sanksiya tətbiq etsə də, hələ ki, SEPAH-ın adını terrorçu təşkilatları siyahısına salmayıb.

Xəbər xətti


Digər xəbərlər