Xamenei körpünü keçənə qədər “ayı-dayı” oyunu oynayır

DÜNYA bölməsi

18:05 - 28 Fevral 2024

 Xamenei körpünü keçənə qədər “ayı-dayı” oyunu oynayır

Xameneinin bu qədər səylə insanları seçkiyə dəvət etməsinin və səsverməylə bağlı təkidinin əsas səbəbi bütün dünyaya hökumətin legitimliyini və xalq tərəfindən qəbul olunduğunu sübut etməkdir.

Yenipress.az xəbər verir ki, bunu iranlı siyasi ekspert Mehdi Məhdəvi Azad televiziyaya müsahibəsində deyib.

O, İran ali dini rəhbərinin seçkiylə bağlı son açıqlamalarına diqqət çəkib:

”Əgər siz diqqət etsəniz, görərsiz ki, Xameneinin danışıqlarının böyük bir hissəsi özünü səfirliyin önündə yandıran amerikalı pilotla əlaqədar idi. Maraqlısı budur ki, İranda bu hadisədən də dəhşətli faktlar baş verib, ancaq İran hökuməti bundan söz belə açmır. Xameneinin hətta müxalif olan şəxsləri belə seçkiyə dəvət etməsi və kifayət qədər yumşaq ritorikası mənə hakimiyyətə təzə gəlişi zamanı məşhur olan danışığını xatırladı. Orda qeyd etmişdi ki, hətta mənim yandırılan şəklimi belə görsə, “Bəsic” buna müdaxilə etməməlidir. Lakin mövcud vəziyyət sübut etdi ki, hakimiyyətə gəldikdən sonra ən çox istifadə etdiyi dil güc və təzyiq dilidir. Bu çıxışlar onun üçün bir növ körpünü keçənə qədər ayıya dayı demək mahiyyəti daşıyır”.

Xəbər xətti


Digər xəbərlər