İranda terorçu bomba yerləşdirərkən partlayış oldu

DÜNYA bölməsi

12:44 - 28 Fevral 2024

 İranda terorçu bomba yerləşdirərkən partlayış oldu

İranda iki nəfər patrul xidmətinin avtomobilinə bomba yerləşdirərkən partlayış baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə İranın cənub-şərqində Bəmpur şəhərinin “Məhəmmədan” nəzarət-buraxılış məntəqəsində baş verib. İki nəfər yol kənarında dayanan polis avtomobilinə bomba yerləşdirməyə cəhd edib, lakin partlayış baş verib. Partlayış nəticəsində bu şəxslərdən biri ölüb, digəri qaçıb.

İran məhkəməsi “agent” adlandırdığı qaçan şəxs barədə həbs qərarı çıxarıb.

Xəbər xətti


Digər xəbərlər