Türkiyədə 1 gündə 7 qadın öldürüldü

DÜNYA bölməsi

17:23 - 28 Fevral 2024

 Türkiyədə 1 gündə 7 qadın öldürüldü

Türkiyənin müxtəlif bölgələrində bir gündə 7 qadın hazırki həyat yoldaşı və ya keçmiş əri tərəfindən öldürülüb.

Yenipress.az xəbər verir ki, bu barədə “Haber Türk” telekanalı məlumat yayıb.

Məlumata əsasən, İzmir, Bursa, Sakarya, Ərzurum, Dənizli və İstanbul olmaqla, ümumilikdə 7 qadın bir gündə vəhşicəsinə qətlə yetirilib.

Qeyd edək ki, ötən il Türkiyədə 315 qadın qətli qeydə alınıb. Bu qətillərin 65 faizində qurbanlar öz evlərində öldürülüb.

Xəbər xətti


Digər xəbərlər