Qərb mediası: Makronun bəyanatı boş söz kimi qəbul edildi ​

DÜNYA bölməsi

13:18 - 28 Fevral 2024

 Qərb mediası: Makronun bəyanatı boş söz kimi qəbul edildi ​

Dünya mediası Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarını Ukraynaya göndərmək fikrini tənqid edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Minval.az” məlumat yayıb.

Dünya mediasının Makronun bəyanatına olan reaksiyasını təqdim edirik:

CNN:

“Bu, Avropanın İkinci Dünya müharibəsindən bəri gördüyü ən böyük torpaq münaqişəsinə səbəb ola bilər”.

Voll Strit Jurnal:

“Makronun sözləri Qərb müttəfiqlərinin nümayiş etdirdiyi təmkindən uzaqlaşmaqdı. O, liderlik boşluğunu doldurmağa çalışdı, lakin Rusiyaya gücünü göstərmək cəhdi onun əleyhinə işlədi”.

 Blumberq:

“Makronun şərhləri strateji qeyri-müəyyənliyə səbəb oldu. Lakin belə bir addım NATO-nu birbaşa Rusiya ilə mübarizəyə cəlb edəcək”.

Nyu York Tayms:

“Avropa liderlərinin Makronun ideyasına mənfi cavab verməsi alyansın birliyi ilə bağlı çaşqınlığa səbəb oldu. Eyni zamanda, onun sözlərini boş təhdid kimi qəbul edib-etməməsi ilə bağlı suallar doğurdu”.

​Le Fiqaro:

“Fransa Prezidentinin sözləri bütün Avropada qəzəbli reaksiyalara səbəb olub. Makron özünü təcrid olunmuş vəziyyətdə tapdı”.

La Respublika:

“Makron Kiyevə konkret yardım vəd etməklə Rusiya ilə toqquşmanın dərəcəsini artırır. O, bu vaxta qədər qırmızı xətt olaraq qalan, məsələnin mümkün ehtimalını bəyan etdi”.

Politiko:

“Makronun Ukrayna ilə bağlı ambisiyaları həm Parisdə, həm də Kiyevdə boş söhbət kimi qəbul edilir”.

Xəbər xətti


Digər xəbərlər