Orduda ölüm halları artıb - Nazirlik gizlədir

DÜNYA bölməsi

17:31 - 27 Fevral 2024

 Orduda ölüm halları artıb - Nazirlik gizlədir

Orduda islahatlardan çox danışılır, lakin təkcə bu il orduda çoxlu sayda ölüm halları qeydə alınıb.

Yenipress.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Tovmasyan deyib.   

O bildirib ki, Ermənistan ordusunda ötən il kifayət qədər ölüm halları qeydə alınıb:

“Mən anlamıram, Müdafiə Nazirliyi təhlil aparıbmı, niyə ölüm halları artıb? Orduda ölüm hallarının qarşısını almaq üçün hansı addımlar atılır? Ordudakı bu vəziyyətə görə kim, nə vaxt və hansı cəzanı çəkib?”

Tovmasyan əlavə edib ki, vətəndaşları maraqlandıran suallardan biri də orduda dinc şəraitdə əsgərlərin niyə həlak olmasıdır. O iddia edib ki, Ermənistan MN real faktları gizlədir.

Xəbər xətti


Digər xəbərlər