Kürdəmirə içməli suyun verilişi dayandırıldı

TOPLUM bölməsi

14:27 - 9 Fevral 2024

 Kürdəmirə içməli suyun verilişi dayandırıldı

Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib.

Bu barədə Yenipress.az-a Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb.

Dövlət Su Ehtiyatları Agentliyi yanında Azərsu ASC də sözügedən məlumatı təsdiqləyib. Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır.

Xəbər xətti


Digər xəbərlər