Xəzər dənizində zəlzələ baş verdi

TOPLUM bölməsi

09:20 - 9 Fevral 2024

 Xəzər dənizində zəlzələ baş verdi

Fevralın 9-da Qala stansiyasından 145 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenipress.az bildirilib ki, yerli vaxtla saat 05:49-da qeydə alınan zəlzələnin maqnitudası 3.9-a bərabər olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Xəbər xətti


Digər xəbərlər