Bakıda marşrut avtobusu ağır qəzaya düşdü - Video

TOPLUM bölməsi

17:22 - 8 Fevral 2024

 Bakıda marşrut avtobusu ağır qəzaya düşdü - Video

Bu gün Bakı Olimpiya Stadionunun qarşısındakı tuneldə marşrut avtobusu ağır qəza törədib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində 173 saylı marşrut xətti üzrə xidmət göstərən “Daewoo” markalı avtobus yük avtomobilinə çırpılıb. Nəticədə avtobus tamamilə yararsız hala düşüb.

Hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik:

Xəbər xətti


Digər xəbərlər