Zaqatalada 3 uşağı maşın vurdu, 2-si hadisə yerində öldü

TOPLUM bölməsi

14:36 - 8 Fevral 2024

 Zaqatalada 3 uşağı maşın vurdu, 2-si hadisə yerində öldü

Zaqatalada üç uşağı avtomobil vurub.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Göyəm avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Mersedes” markalı minik avtomobili üç uşağı vurub. Onlardan ikisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Digər uşaq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

Xəbər xətti


Digər xəbərlər