ABŞ "ekzit-poll"u prezident seçkilərinin nəticələrini açıqladı

SİYASƏT bölməsi

19:40 - 7 Fevral 2024

 ABŞ

Bu gün keçilrilən növbədənkənar prezident seçkilərində təşkilatımızın sorğusunun nəticələrinə əsasən, İlham Əliyev 93.9 faiz, Zahid Oruc 1.8 faiz, Fazil Mustafa 1.5 faiz, Qüdrət Həsənquliyev 1.2 faiz, Razi Nurullayev 0.9 faiz, Elşad Musayev 0.4 faiz, Fuad Əliyev 0.3 faiz səs toplayıb.

Yenipress.az xəbər verir ki, bu sözləri ABŞ-nin "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Corc Birnbaum "Hilton" otelində keçirilən mətbuat konfransında deyib.

"Bu gün xüsusi gün idi. Seçki məntəqələri artıq bağlanıb. Hamı nəticələri gözləyir. Bizim təşkilatın nümayəndələri seçki məntəqəsindən çıxan seçicilərlə müsahibələr edib, seçkini yaxından izləyib", - o bildirib.

Xəbər xətti


Digər xəbərlər