AŞPA-dan Azərbaycana rasist münasibət - Millət vəkili

SİYASƏT bölməsi

12:25 - 25 Yanvar 2024

 AŞPA-dan Azərbaycana rasist münasibət - Millət vəkili

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli qətnaməsi qurumun özünün nüfuzuna ciddi xələl gətirir.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov AŞPA-nın Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən qeyd edib.

“Qarabağ və Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Qafqazdakı yeni düzəndən ciddi narahatçılıq keçirməkdədir. Fransanın təsir dairəsində olan başqa digər qurumlar kimi, AŞPA da “sıfır cəmli” oyun oynayır. Qafqazda dayanıqlı sülhə nail olmaq üçün isə həmin qurumların “uduş-uduş” (win-win) strategiyasına ehtiyac var idi.

Azərbaycan post-sovet məkanında münaqişəyə cəlb olunan ölkələr arasında öz ərazi bütövlüyünü və suverenliyini ilk bərpa edən dövlətdir. Təəssüf ki, bu reallığı bir sıra beynəlxalq qurumlar həzm edə bilmir. Bunun isə bircə adı var: Rasizm.

Seyidəli Sübhi

Xəbər xətti


Digər xəbərlər