İrəvanın apardığı islahat Əliyevin tələbidir – Hraparak

SİYASƏT bölməsi

12:00 - 24 Yanvar 2024

 İrəvanın apardığı islahat Əliyevin tələbidir – Hraparak

Ermənistanın hakim partiya üzvləri yeni Konstitusiya məsələsinin məhz Əliyev tərəfindən tələb olunduğunu inkar etsələr də, diplomatik sferadakı mənbələrimiz bildirirlər ki, sülh müqaviləsi layihəsində bu tələbi yazılı şəkildə Azərbaycan Respublikasının rəhbəri istəyib.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Əliyev yazıb ki, Ermənistanın daxili qanunvericiliyi regiondakı vəziyyətə uyğunlaşdırılmalıdır ki, müqavilə bağlayan tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmasın. Yeni Konstitusiya ümumxalq səsverməsində qəbul ediləcək və referendum iştirakçılarının yarıdan çoxu, lakin referendumda iştirak etmək hüququ olan vətəndaşların dörddə birindən az olmayaraq onun lehinə səs verməlidir. Demək olar ki, Paşinyan və komandasının son seçkidə topladığı qədər səs lazımdır, o zaman onlara 688 min vətəndaş səs vermişdi. Yeni Konstitusiya isə 647 səslə qəbul edilməlidir. Məsələnin həlli hakimiyyətin hazırda müzakirə etdiyi seçici siyahılarının “təmizlənməsi” ola bilər”, - məlumatda deyilir.

Qeyd edilir ki, yeni Konstitusiyanın məqsədi Əsas Qanunun preambulasından Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaqdır. Məsələ burasındadır ki, dəyişikliklə bağlı ön söz redaktə oluna bilməz və yeni Konstitusiya qəbul olunarsa, sadəcə olaraq yeni ön söz yazıla bilər.

Xəbər xətti


Digər xəbərlər