Vaşinqton Hindistanla strateji əlaqələrə xüsusi əhəmiyyət verir - Şahinoğlu

SİYASƏT bölməsi

15:13 - 24 Noyabr 2023

 Vaşinqton Hindistanla strateji əlaqələrə xüsusi əhəmiyyət verir - Şahinoğlu

Böyük dövlətlər arasında mübarizə özünü Böyük İyirmiliyin (G20) Hindistanın paytaxtı Dehlidə keçirilən onlayn sammitində göstərdi. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirmişdi ki, Dehli G20-nin onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib. Hindistanın Baş naziri Narendra Modi sentyabrın 9-u və 10-da Dehlidə G20 sammiti zamanı noyabrda liderlərin bu dəfə virtual formatda görüşünün keçirilməsini təklif etmişdi.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, buna baxmayaraq, ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpinin onlayn sammitində iştirak etmədilər:

“Szinpinin iştirakdan yayınması Çinlə Hindistan arasında sərhəd məsələslənin həll olunmamasıyla bağlıdır. İki ölkə arasındakı münasibətlərdə sualların sayı azalmayıb. ABŞ Prezidenti Co Bayden isə Dehlidəki onlayn sammitdə iştirak etməsə də, Vaşinqton Hindistanla strateji əlaqələrə xüsusi əhəmiyyət verir. ABŞ Hindistana müxtəlif növ silah tədarükünü artırıb”.

“Rusiya prezidenti Vladimir Putin isə əksinə onlayn sammitə qatılaraq müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdi. Halbuki, Putin Dehlidə sentyabrda keçirilən sammitə qatılmamamışdı. Putin onlan sammitində hətta onu da bildirdi ki, o müharibələrin əleyhinədir, Ukrayna ilə danışıqların başlanılmasının tərəfdarıdır. Ancaq danışıqların başlaması üçün Rusiya ordusu Ukrayna ərazisini tərk etməlidir. Putin buna hazır deyil”, - o qeyd edib.  

Politoloqun sözlərinə görə, Narendra Modi qısa zaman kəsiyində Dehlidə iki sammit keçirməklə beynəlxalq aləmdəki problemlərinə həllində irəliləyişə ümid edirdi:

“Problemlər həll olunmasa da, fikir mübadiləsi davam edir. Ən mürəkkəb problemlərdən biri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin davamıdır. Ancaq Dehlidəki sammitlərin yekun bəyanatlarında bu müharibəyə toxunulmadı. Bu ona görə baş vermədi ki, bəyannamədə Rusiya-Ukrayna müharibəsiylə bağlı bəndin salınması liderlər arasında ciddi ixtilafa səbəb olacaqdı və bu halda yekun sənəd qəbul edilməyəcəkdi. Narendra Modi isə sammitin bu şəkildə yekunlaşmasını istəmirdi.

Hindistanın sədrliyi ilə 12-13 oktyabr tarixlərində Mərakeşdə Böyük İyirmiliyin maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin görüşü də keçirilib. Liderlər beynəlxalq aləmdəki müharibə və gərginlikləri müzakirə etsələr də, dünya iqtisadiyyatını da unutmur, inflyasiya ilə mübarizənin vacibliyini nəzərə alırlar. İqtisadi sabitlik böyük dövlətlər üçün vacibdir. Təsadüfi deyil ki, Narendra Modi onlayn sammitdə çıxışında regional münaqişələr və Qəzzada müharibənin dayandırılmasıyla yanaşı dünya iqtisadiyyatının problemləri barədə də fikirlərini bildirib”. 

Xəbər xətti


Digər xəbərlər