Ukraynada azərbaycanlı gənc güllələnərək öldürüldü - Son dəqiqə

TOPLUM bölməsi

14:13 - 1 Mart 2022

 Ukraynada azərbaycanlı gənc güllələnərək öldürüldü - Son dəqiqə

Ukraynanın Krivoy-Roq şəhərində azərbaycanlı gənc güllələnərək öldürülüb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, 35 yaşlı Mahmudov Eldar Ramzan oğlu şəhərin girişində postdan keçərkən anlaşılmazlıq şəraitində Ukrayna hərbçiləri tərəfindən vurulub.

Belə ki, yerli könüllülər kimi Ukrayna döyüşçülərinə ərzaq məhsulları verib geri qayıdarkən postdan sürətlə keçən azərbaycanlı gəncin avtomobili atşə tutulub. Nəticədə E. Mahmudov yerindəcə keçinib. Onu güllələyən 2 Ukrayna hərbçisi dərhal şəhər hərbi prokurorluğunun sanksiyası il həbs olunub, cinayət içi qaldırılıb.

E.Mahmudov Ukrayna vətəndaşı olub.

Xəbər xətti


Digər xəbərlər