Müharibədə ölən Rusiya hərbçilərinin sayı şok etdi - Siyahı

DÜNYA bölməsi

11:40 - 1 Mart 2022

 Müharibədə ölən Rusiya hərbçilərinin sayı şok etdi - Siyahı

09:22

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Yenipress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İndiyədək 5 710 nəfər zərərsizləşdirilib, 200 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 77 artilleriya qurğusu, 7 hava hücumundan müdafiə sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 305 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb.

Xəbər xətti


Digər xəbərlər