Qəzzada xəstəxanaya edilən hücum cinayədir - Borrell

DÜNYA bölməsi

00:00 - 30 Noyabr -0001

 Qəzzada xəstəxanaya edilən hücum cinayədir - Borrell

Qəzza zolağında xəstəxanaya hücum cinayətdir və günahkarlar məsuliyyətə cəlb olunmalıdır.

Yenipress.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.

“Qəzzadakı Əl-Əhli xəstəxanasından gələn xəbər bir neçə gündür gözümüzün qarşısında cərəyan edən faciəyə dəhşət əlavə edir. Yenə də günahsız mülki insanlar ən yüksək qiyməti ödəyirlər. Bu cinayətə görə məsuliyyət aydın şəkildə müəyyən edilməli və günahkarlar cəzalandırılmalıdır”, - o bildirib.

Qeyd edək ki, oktyabrın 17-də İsrail ordusunun Qəzza zolağında xəstəxanaya hücumu nəticəsində ölənlərin sayı artıq 800 nəfəri keçib.

İsrail isə hücumda əli olmadığını, xəstəxanaya düşən raketi "İslami-Cihad"ın buraxdığını bildirib.

Xəbər xətti


Digər xəbərlər