Putin Uraldakı bunkerində gizlənir, sübutlar var - Denisenkodan şok

GÜNDƏM bölməsi

09:00 - 1 Mart 2022

 Putin Uraldakı bunkerində gizlənir, sübutlar var - Denisenkodan şok

Rusiya Prezidenti Vladimir Putinin Uralda bunkerdə olmasına dair sübutlar var.

Yenipress.az xəbər verir ki, bu iddia ilə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko çıxış edib.

“Ardıcıl 5-ci gündür ki, Putin Uraldakı bunkerindədir. Onun bunkerdə olması 100 faizdir. Müəyyən məlumatlara görə, o, hazırda Uraldadır. Bunu bizim nə qədər rusiyalı həmkarlarımızın - analitiklərin, jurnalistlərin və s.-nin və aidiyyəti idarələrin müəyyən məlumatlarının bu barədə danışması da təsdiqləyir”, - Denisenko qeyd edib.

Onun sözlərinə görə, Putin ətrafının və elitasının reaksiyasından qorxduğu üçün gizlənir:

“O, ölümcül koronavirus virusuna yoluxmaqdan qorxduğu üçün son 2 ilini bunkerdə keçirib. İndi onun yeni bir paranoyası var. İndi o, Ukrayna müharibəsi ilə macəranın nəticə vermədiyini başa düşərək, həyatda paranoyak olaraq gizlənməyə və tamamilə hər şeydən qorxmağa başlayır”.

Xəbər xətti


Digər xəbərlər