Putin atəşkəs üçün şərtlərini açıqladı - Təcili

DÜNYA bölməsi

20:28 - 28 Fevral 2022

 Putin atəşkəs üçün şərtlərini açıqladı - Təcili

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb

Yenipress.az xəbər verir ki, o, Ukrayna ətrafında nizamlanmanın yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınacağı təqdirdə mümkün olacağını bildirib.

“O vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Xəbər xətti


Digər xəbərlər