Ruslar Xarkovu qan gölünə çevirdi: ölənlərin sayı... - Video

DÜNYA bölməsi

20:34 - 28 Fevral 2022

 Ruslar Xarkovu qan gölünə çevirdi: ölənlərin sayı... - Video

14:00

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

Yenipress.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko Feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, - DİN rəsmisi vurğulayıb.

***

Xarkovun Rusiya hərbçiləri tərəfində atəşə tutulması nəticəsində 11 dinc sakinin öldüyü təsdiqlənib.

Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

"Alekseevka, Saltovka, Pavlopol ərazilərində mərmi atılır. Onlarla dinc sakin ölür. Bu, gün ərzində insanların apteklərə, ərzaq mağazılarına getdiyi zaman baş verir. Bu, günahdır. Rusiya ağır artilleriyadan istifadə edir. İndiyədək biz hətta xilasetmə xidmətlərini vaxtında cəlb edə və nəticələrini aradan qaldıra bilmirik”, - Sinegubov bildirib.

Xəbər xətti


Digər xəbərlər