Kiyevdə 400 muzdlu Zelenskini öldürmək üçün əmr alıb - Şok

DÜNYA bölməsi

10:10 - 28 Fevral 2022

 Kiyevdə 400 muzdlu Zelenskini öldürmək üçün əmr alıb - Şok

Kiyevdə 400-dən çox Kreml muzdlusu fəaliyyət göstərir, onların məqsədi Ukrayna Prezidenti Vladimir Zelenskini, Nazirlər Kabinetinin üzvlərini öldürmək və şəhərin Rusiya Federasiyasının nəzarətinə keçməsi üçün zəmin hazırlamaqdır.

Yenipress.az Unikal-a istinadən xəbər verir ki, bu barədə "The Times"ın məqaləsində deyilir.

Nəşr iddia edir ki, bir aydan bir qədər əvvəl PMC Wagner Ukrayna hökumətini məhv etmək üçün Afrikadan döyüşçülər göndərib.

Nəşrin yazdığına görə, beş həftə əvvəl  Rusiya prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən birinin idarə etdiyi PMC Wagner Afrikadan muzdlu əsgərləri “yüksək maliyyə mükafatı müqabilində Zelenski hökumətini məhv etmək” missiyasına göndərib.

Bildirilib ki, bundan sonra şəhəri rus diversantlarından təmizləmək üçün Kiyevdə 36 saatlıq komendant saatı elan edilib. Kiyev meri Volodimir Kliçko dinc əhaliyə xəbərdarlıq edib ki, küçələrə çıxmasınlar, əks halda onlar diversant sayılacaq və məhv olmaq riski var.

Xəbər xətti


Digər xəbərlər