Qərb Rusiyaya bomba hazırladı: Sabah birjalar partlayacaq

GÜNDƏM bölməsi

15:36 - 27 Fevral 2022

 Qərb Rusiyaya bomba hazırladı: Sabah birjalar partlayacaq

Güclü sanksiya qərarları var, amma Rusiya Mərkəzi Bankına olan sanksiya daha önəmlidir. Bu, böyük bombadır.

Yenipress.az xəbər verir ki, bu sözləri siyasi ekspert Şahin Cəfərli deyib.

O bildirib ki, Rusiya MB bundan sonra dollar, funt və avroda saxladığı vəsaitlərdən istifadə edə bilməyəcək:

“2021-ci ilin ortalarına olan məlumata əsasən (mənbə - RBK), Rusiya MB-nin dollar ehtiyatları rezervlərin 16,4%-ni (96 milyard) təşkil edir. 189 milyard dollar ekvivalentində avro, 38 milyard dollar ekvivalentində isə funt vəsaiti var. Toplam 323 milyard dollar. Rusiya bu vəsaitə artıq sərəncam verə bilməyəcək. (Valyuta ehtiyatlarının ümumi həcmi 469 milyard dollardır. 132 milyard dollarlıq da qızıl ehtiyatı var).

Rubl gələn həftənin birinci günü birjalar açılan kimi çökəcək. Moskva birjası da çökəcək. Putinin avantürist və ağlasığmaz əməlləri Qərbi monolitləşdirdi. Nəhəng, amorf Qərb mexanizmi hərəkətə gəldi. Yatmış fil oyandı. Əzib keçəcəklər.

Və əlbəttə ki, bu fonda Ukraynanın dözüb dirənməsi Putler rejiminin tabutuna çaxılacaq son mismar olacaq.

Xəbər xətti


Digər xəbərlər