İran daha bir ABŞ vətəndaşını həbs etdi

DÜNYA bölməsi

10:20 - 8 Avqust 2023

 İran daha bir ABŞ vətəndaşını həbs etdi

İran təhlükəsizlik məmurları amerikalı qadını casusluq ittihamı ilə həbs ediblər.

Yenipress.az xəbər verir ki, bu barədə “Xorasan” qəzeti məlumat yayıb.

Məlumatda İran əsilli qadının əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işlədiyi bildirilib.

O, bir neçə həftə əvvəl İranda həbs edilsə də, barəsində xəbər avqustun 7-də yayılıb.

ABŞ saxlanılan qadının azad olunacağı tarixə qədər İranla məhbus mübadiləsi sazişinin icrasını dayandırıb.

Sonuncu ilə birlikdə hazırda İranda həbsdə olan ABŞ vətəndaşlarının sayı 5-ə çatıb.

Qərb ölkələrinin liderləri bildirirlər ki, İran ikili vətəndaşları həbs etməklə Qərblə danışıqlarda imtiyaz əldə etməyə çalışır.

Amerika, Böyük Britaniya, Kanada, Almaniya, Hollandiya, Fransa, İsveç və Belçika hökumətləri İran hökuməti tərəfindən özbaşına həbs olunma riskinə görə öz vətəndaşlarından bu ölkəyə səfər etməməyi istəyiblər.

Xəbər xətti


Digər xəbərlər