Həbsxanada məhbus intihara cəhd etdi

DÜNYA bölməsi

11:50 - 7 Avqust 2023

 Həbsxanada məhbus intihara cəhd etdi

Tehran həbsxanasında Cavad Xeyrxahan adlı məhbus bilək damarlarını kəsərək intihara cəhd edib.

Yenipress.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, məhbus həbsxanada məmurların təzyiqi və işinin ədalətli araşdırılmamaması səbəbindən intihara əl atıb.

Ağır vəziyyətdə "Xomeyni" xəstəxanasına çatdırılan məhbus əməliyyat olunub. Onun durumunun ağır olduğu, həyatı üçün təhlükənin keçmədiyi deyilir.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

Xəbər xətti


Digər xəbərlər