Pakistanda qatar relsdən çıxdı, 30 nəfər öldü

DÜNYA bölməsi

08:39 - 7 Avqust 2023

 Pakistanda qatar relsdən çıxdı, 30 nəfər öldü

Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 30-a çatıb.

Yenipress.az xəbər verir ki, Pakistan dəmir yollari naziri Xavaca Saad Rafikin jurnalistlərə verdiyi məlumata görə, Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Nəvabşah yaxınlığında relsdən çıxıb. Qəzanın “texniki nasazlıq” və ya “təxribat” nəticəsində baş verə biləcəyini deyən nazir yaralıların Nəvabşah və Sanghar bölgələrindəki xəstəxanalara aparıldığını bildirib.

Pakistan mətbuatının yaydığı xəbərə görə, səlahiyyətli qurumlar hadisə yerində axtarış-xilasetmə işlərinin başa çatdığını, qəzada 30 nəfərin həyatını itirdiyini, 90-dan çox insanın isə yaralandığını bildirib.

Xəbər xətti


Digər xəbərlər