İranda on minlərlə insanı gün vurdu

DÜNYA bölməsi

14:59 - 5 Avqust 2023

 İranda on minlərlə insanı gün vurdu

Son 3 gün ərzində İranın müxtəlif bölgələrində on minlərlə vətəndaş günvurma nəticəsində təcili tibbi yardıma müraciət edib, onlardan bir neçə min nəfəri xəstəxanalara yerləşdirilib.

Yenipress.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda Tehran şəhərində təcili tibbi yardım mərkəzlərinə zəng edənlərinin sayının 15 mindən çox olduğu bildirilib.

Qeyd edək ki, son 3 gün ərzində İranın bir neçə əyalətində havanın temperaturu 50 dərəcəyədək yüksəlib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər