Həmədanda hicaba qarşı çıxan qadınlar həbs edildi

DÜNYA bölməsi

14:30 - 5 Avqust 2023

 Həmədanda hicaba qarşı çıxan qadınlar həbs edildi

Avqustun 4-də Həmədan şəhərində əxlaq polisi ilə məcburi hicab qaydalarına tabe olmayan gənc qadınlar arasında qarşıdurma olub.

Yenipress.az xəbər verir ki, bu barədə Həmədan Prokurorluğunun 11-ci bölməsinin müstəntiqi Məhəmməd Cəfəri açıqlama verib.

Məsələ ilə bağlı yerli şahidlər də sosial mediada paylaşım ediblər.

Məlumata görə, qarşıdurma əxlaq polislərinin gənc qadınları geyim tərzlərinə görə təhqir etməsindən sonra baş verib.

Həmədanlı qadınlar polislərin iradlarının yersiz olduğunu deyib. Şəxsi həyatlarına müdaxiləyə etiraz etdikləri üçün polislər qadınlara qarşı güc tətbiq edərək, onları həbs etməyə çalışıblar.

Bundan sonra qadınların və ətrafdakıların müqaviməti ilə qarşılaşan polislər hadisə yerinə əlavə qüvvələr çağırıb. Qadınlarla birgə bir neçə nəfər saxlanılıb.

Müstəntiq Məhəmməd Cəfəri həbs edilənlərə qarşı cinayət işinin açıldığını və başqa hadisə iştirakçılarının saxlanılması üçün axtarışlar aparıldığını bildirib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər