Rusiya bu istiqamətdə çoxqatlı mühəndis-maneələr sistemi qurub

DÜNYA bölməsi

14:03 - 5 Avqust 2023

 Rusiya bu istiqamətdə çoxqatlı mühəndis-maneələr sistemi qurub

Ukrayna qüvvələrinin cənub istiqamətində əks-hücumları davam edir.  Bu əməliyyatların aparılmasının çətinliyi ondadır ki, müvəqqəti işğal olunmuş ərazilərdə işğalçılar çoxqatlı mühəndis-maneələr sistemini təchiz ediblər.

Yenipress.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanı, briqada generalı Dmitri Gereqa deyib.

Generalın sözlərinə görə, sistem hər birinin uzunluğu 10 ilə 40 km arasında olan və kifayət qədər yüksək sıxlığa malik bir neçə zolaqdan ibarətdir:

“Orada tank əleyhinə mina sahələri, xəndəklər şəklində partlayıcı olmayan maneələr, beton piramidalar (“əjdaha dişləri”), tank əleyhinə “kirpilər” və məftil müdaxiləsi var. Belə maneələri aradan qaldırmaq üçün xeyli sayda mühəndis və istehkam bölmələri lazımdır”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər