Ermənistan Hindistanla beynəlxalq marşrut üzərində işləyir

DÜNYA bölməsi

13:43 - 5 Avqust 2023

 Ermənistan Hindistanla beynəlxalq marşrut üzərində işləyir

Ermənistan İran və Hindistanı birləşdirməklə beynəlxalq yükdaşımaları üçün multimodal yüksək sürətli marşrutun yaradılması üzərində işləyir.

Yenipress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, dəhlizin həyata keçirilməsi üçün artıq yol xəritəsi hazırlanıb. Hazırda sözügedən layihənin həyata keçirilməsi üçün İrəvan Nyu-Dehli ilə beynəlxalq avtomobil daşımaları haqqında müqavilə üzərində işləyir.

Nəşr qeyd edir ki, bu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel marşrutdur. İlk dəfə ideyanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistana səfəri zamanı səsləndirib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər