Həbsdə olan güneyli jurnalist prokurorluğa çağırıldı

DÜNYA bölməsi

16:24 - 3 Avqust 2023

 Həbsdə olan güneyli jurnalist prokurorluğa çağırıldı

Tehranın Evin həbsxanasının qadınlar bölməsində saxlanılan güneyli jurnalist Nazilə Mərufian həbsxana prokurorluğuna çağırılaraq dindirilib.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalistin ailəsinə yaxın mənbələr məlumat yayıblar.

Məlumatda bildirilib ki, yenidən dindirilən Nazilə Mərufian barəsində irəli sürülmüş "hökumətə qarşı təbliğat”, “toplaşmaq və əlbir olmaq” ittihamları üzrə son müdafiəsini edib.

Qeyd edək ki, N.Mərufian, cari ilin yanvar ayında "ictimai rəyi çaşdırmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq" ittihamına görə iki il azadlıqdan məhrum edilib.

Xəbər xətti


Digər xəbərlər