Respublikaçılar çağırış etdi: İranın qarşısı alınmalıdır

DÜNYA bölməsi

17:36 - 2 Avqust 2023

 Respublikaçılar çağırış etdi: İranın qarşısı alınmalıdır

ABŞ-dakı məscidlər və digər dini mərkəzlərdə İran rejiminin terror ideologiyasının təsirinə qarşı ciddi tədbirlər görülməlidir.

Yenipress.az xəbər verir ki, bunu bir qrup respublikaçı nümayəndə Birləşmiş Ştatların Baş prokuroru Merrik Qarland və ABŞ Xarici Təhlükəsizlik Təşkilatının (MKİ) rəhbəri Evril Haynsa ünvanladığı müraciətdə bildirib.

Respublikaçı nümayəndələr adıçəkilən məmurlara ünvanladıqları üç səhifəlik məktubda Merilənd, Texas, Miçiqan və Virciniya ştatlarında yerləşən dini mərkəzlərin birbaşa İranın təsiri altında olduğunu və Tehran rejiminin buradakı təxribatçı fəaliyyətlərini xatırladıblar.

Məktubda bildirilir ki, Merilənd ştatının Potomak İslam Təhsili Mərkəzi maliyyəni İran rejiminin nəzarətində olan Nyu Yorkdakı “Ələvi” fondundan alır. Qanunvericilərin fikrincə, İran rejiminə bağlı təşkilatın, hətta Merilənd qanunverici orqanından dövlət maliyyəsi alması faktları var.

Məktubu yazan və imzalayan Kolorado ştatının nümayəndəsi Duq Lamborn isə bildirib ki, İran rejiminin ABŞ-dakı məscidlər və mədəniyyət mərkəzlərindən özünün şər ideologiyasını yaymaq cəhdləri illərdir davam edir:

“İran rejiminin öz mənfur təsirini Amerikanın dini və mədəni qurumları vasitəsilə yaymaq cəhdləri hər bir Amerika vətəndaşının ciddi qəbul etməli olduğu bir təhlükədir və ABŞ hökumətinin bu fəaliyyətlərə ciddi yanaşmasının vaxtı çatıb”, - o  xəbərdarlıq edib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər