ABŞ: İran PUA-larından istifadə halları araşdırılmalıdır

DÜNYA bölməsi

11:05 - 2 Avqust 2023

 ABŞ: İran PUA-larından istifadə halları araşdırılmalıdır

Ukrayna və digər müharibə bölgələrində İrana məxsus PUA-ların istifadəsi Təhlükəsizlik Şurasının Birgə Hərtərəfli Fəaliyyət Planını təsdiq edən 2231 saylı qətnaməsinin pozulmasıdır.

Yenipress.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild “İran İnternational”a açıqlamasında deyib.

O bildirib ki, ABŞ BMT-dən bu məsələnin araşdırılmasını istəyib.

Qeyd edək ki, keçən həftə ABŞ hökumətinin Müdafiə Kəşfiyyat İdarəsi Rusiyanın İranın köməyi ilə Moskvadan təxminən 960 kilometr şərqdə yerləşən ərazidə PUA istehsal mərkəzi inşa etdiyini açıqlayıb.

Xəbər xətti


Digər xəbərlər