Ruslar artıq Kiyevdədir: Yaşayış binaları atəşə tutulur -Təcili

DÜNYA bölməsi

13:55 - 25 Fevral 2022

 Ruslar artıq Kiyevdədir: Yaşayış binaları atəşə tutulur -Təcili

Bu dəqiqələrdə Kiyevin hökumət binaları yerləşən hissəsində atəş səsləri eşidilir.

Yenipress.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yazıb.

Həmçinin Ukrayna ordusunun formasını geyinmiş Rusiya diversantları şəhərin Oboloni rayonuna sızıblar və orada yaşayış evlərinə atəş açırlar.

Sosial şəbəkələrdə yayılan kadrlara əsasən küçələrdə üzərində tanınma nişanı olmayan Rusiya hərbi texnikası da gözə dəyir. Onlardan biri yolda hərəkət edərkən, qəfil dönərək qarşı zolaqda gedən mülki avtomobili tapdalayıb.

Yaşayış rayonlarında da Rusiya tankları görünüb, bir çox hallarda Rusiya texnikası yaşayış binalarının həyətinə daxil olub.

Tankdan yaşayış binasına atəş açılması faktı qeydə alınıb. Ukrayna ordusunun formasında olan həmin diversantların bir qrupu artıq məhv edilib.

Xəbər xətti


Digər xəbərlər