İran 190 ölkədən geri qalır

DÜNYA bölməsi

13:30 - 1 Avqust 2023

 İran 190 ölkədən geri qalır

İran Beynəlxalq Maliyyə Təşkilatının (FATF) qara siyahısında olmasına görə 190 ölkədən geridə qalıb.

Yenipress.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin keçmiş müavini, İran İslam Respublikası Sisteminin Qiymətləndirilməsi Forumunun üzvü Seyid Məhəmməd Sədr deyib.

O, bunun ölkə üçün ciddi fəsadları barədə xəbərdarlıq edib:

“Hökumət xarici siyasətə üstünlük verməli, dəyişiklik etməlidir. Əks halda İran iqtisadiyyatına daha da ağır zərbələr dəyəcək ki, bu da qarşısıalınmaz problemlərlə nəticələnəcək”, - Sədr bildirib.

Qeyd edək ki, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski yüksək olan ölkələr FATF-ın qara siyahısına daxil edilib. İranın adı 2020-ci ildə bu siyahıya salındıqdan sonra FATF İranla pul əməliyyatlarına geniş məhdudiyyətlər qoyub.

Xəbər xətti


Digər xəbərlər