Həmədanda xəstəlik yayıldı

DÜNYA bölməsi

10:15 - 1 Avqust 2023

 Həmədanda xəstəlik yayıldı

Həmədanın 13 kəndində suyun çirklənməsi bölgədə yüzlərlə insanın malta qızdırmasına yoluxması ilə nəticələnib.

Yenipress.az xəbər verir ki, bu barədə əyalətin Kəbudərahəng mahalının fərmandar müavini Mehdi Səadətmən məlumat verib.

O bildirib ki, bölgədə davamlı elektrik kəsintilərinin olması suyun xlorlaşdırılmasına imkan vermir.

“Bölgədə elektrik enerjisinin tez-tez kəsilməsinə görə kəndlərin içməli suyunun lazımi qaydada xlorlanması aparılmır. Bu, içməli suyun mikroblarla çirklənməsinə, xəstəliyin sürətlə yayılmasına səbəb olur”, - Səadətmənd bildirib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər