Hicaba görə bank rəhbərlərinə cinayət işi açıldı

DÜNYA bölməsi

16:22 - 31 İyul 2023

 Hicaba görə bank rəhbərlərinə cinayət işi açıldı

İranın Gilan əyalətinin Ləngrud şəhərində məcburi hicab qaydalarını pozan qadınlara xidmət verildiyi üçün iki bank rəhbərinə qarşı cinayət işi açılıb.

Yenipress.az xəbər verir ki, bunu Ləngrud şəhərinin prokuroru Haşim Mirhüseyni deyib.

O, bank müdirlərinin kimliyini açıqlamadan, həmin şəxslərin qaydaları pozduqlarına görə cəzalandırılacaqlarını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Dəmavənd şəhərində eyni ittihamla bir bank müdirinə qarşı cinayət işi açılıb.

Xəbər xətti


Digər xəbərlər