Çexiya rus biznesmenin aktivlərinə həbs qoydu

DÜNYA bölməsi

16:02 - 31 İyul 2023

 Çexiya rus biznesmenin aktivlərinə həbs qoydu

Çexiya rusiyalı milyarder Vladimir Yevtuşenkovun yerli şirkətlərinin hesablarını əngəlləyib, həmçinin onun aktivlərinə həbs qoyub.

Yenipress.az xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.

“Yevtuşenkov gizli şəkildə elektrik komponentləri şirkətinə nəzarət edir və Çexiyada bir sıra mehmanxanaların sahibidir. Rusiyada onun şirkətləri ordu üçün silah sistemləri istehsal və təchiz edir”, - məlumatda deyilir.

Rusiyalı iş adamının təxminən 100 milyon kron məbləğində var-dövlətinə həbs qoyulduğu vurğulanır:

“Onun Karlovı Varıdakı beşulduzlu “Savoy Westend” oteli müsadirə edilib”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər