Rusiyada toyuq ətinin qiyməti kəskin bahalaşdı

DÜNYA bölməsi

15:56 - 31 İyul 2023

 Rusiyada toyuq ətinin qiyməti kəskin bahalaşdı

Rusiyada toyuq ətinin qiyməti tarixi rekord həddə çatıb.

Yenipress.az Bakupost.az-a istinadla xəbər verir ki, toyuq əti həm topdansatış, həm də pərakəndə satış məntəqələrində bahalaşıb.

Belə ki, topdansatış bazarında toyuq ətinin kiloqramı 196 rubl 93 qəpiyə, pərakəndə satış şəbəkələrində isə orta hesabla 270 rubla qalxıb.

Vahid İdarələrarası İnformasiya və Statistika Sisteminin (EMİS) məlumatına görə, iyun ayında soyudulmuş və dondurulmuş toyuq ətinin kiloqramının orta qiyməti 6,8% artaraq 193 rubl 48 qəpiyə çatıb.

“Emeat” analitik şirkətinin baş direktoru Lyubov Savkina "Forbes"ə bildirib ki, toyuq ətinin 1 kq-ı üçün pərakəndə satış qiymətləri 200-350 rubl arasında dəyişir.

"Agrifood Strategies" konsaltinq şirkətinin prezidenti Albert Davleyev sözlərinə görə, quş ətinin qiyməti yem əlavələri komponentləri, avadanlıq və istehlak materiallarının bahalaşması səbəbindən artır.

İyulun ortalarında Kənd Təsərrüfatı Nazirliyi Rusiyada istehsalın artmasına baxmayaraq, toyuq ətinin qiymətinin il ərzində 6% artdığını bildirib. Nazirlik qiymət artımının mövsümi xarakter daşıdığını, ərzaq bazarında vəziyyətin sabit olduğunu qeyd edib.

Xəbər xətti


Digər xəbərlər