İranlı məhbus jurnalistlərə beynəlxalq mükafat verildi

DÜNYA bölməsi

12:29 - 31 İyul 2023

 İranlı məhbus jurnalistlərə beynəlxalq mükafat verildi

İranda həbsdə olan jurnalistlər Nilufər Hamidi və İlahə Məhəmmədi Amerika Milli Mətbuat Assosiasiyasının ən yüksək mükafatı olan “John Aubuchon” mükafatının 2023-cü il üzrə beynəlxalq qalibləri seçilib.

Yenipress.az xəbər verir ki, bu barədə Amerika Milli Mətbuat Assosiasiyasının yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, “Şərq” qəzetinin müxbiri Nilufər Hamidi və “Həmmihən” qəzetinin müxbiri İlahə Məhəmmədi 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarını işıqlandırdıqları üçün həbs ediliblər. Adıçəkilən jurnalistlər bu ilin aprel ayında Harvard Universitetinin “Jurnalistikada vicdan və dürüstlük üçün Lyon mükafatı”nı qazanıblar.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər