Türkiyə Rusiya ilə “ən yüksək səviyyədə” danışığa hazırlaşır

DÜNYA bölməsi

10:59 - 31 İyul 2023

 Türkiyə Rusiya ilə “ən yüksək səviyyədə” danışığa hazırlaşır

Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması üçün Qərbin zəmanəti şərti ilə Moskvanın taxıl müqaviləsinə qayıtmasına ümidlər var.

Yenipress.az xəbər verir ki, bu barədə RİA Novosti danışıqlarda iştirak edən Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ankara Qərb tərəfdaşlarından məhz bunu gözləyir, lakin indiki mərhələdə heç bir proqnoz vermək mümkün deyil:

“Hazırda Qərb ölkələri ilə Qara Dəniz Taxıl Təşəbbüsünün işini necə bərpa etmək barədə danışıqlar aparılır. BMT-nin koordinasiya etdiyi prosesin təfərrüatına varmaq istəmirəm, amma çox aktiv, ciddi iş gedir”.

Mənbə vurğulayıb ki, vəziyyət tamamilə Qərbin Rusiya ixracına maneələri aradan qaldırmağa hazır olmasından asılıdır:

“Ankara yaxın gələcəkdə Moskva ilə ehtiyacı olan ölkələr üçün ərzaq məhsullarının çatdırılması üzrə konkret variantları ən yüksək səviyyədə müzakirə etməyi planlaşdırır. Artıq bu məsələ ilə bağlı bəzi inkişaflar var”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər