Kiyevlə danışıqlara hazırıq - Putin

DÜNYA bölməsi

15:19 - 28 İyul 2023

 Kiyevlə danışıqlara hazırıq - Putin

Moskva Kiyevlə danışıqlara hazırdır.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində çıxışı zamanı deyib.

Amma o, ABŞ və NATO-nun Ukrayna ilə danışıqların həyata keçirilməsinə mane olduğunu açıqlayıb.

V.Putin buna görə də Ukraynanın danışıqlardan imtina etdiyini söyləyib.

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın danışıqlara hazır olduğunu söyləyib.

Xəbər xətti


Digər xəbərlər