İranda ekoloji fəlakət: meşələr sürətlə məhv olur

DÜNYA bölməsi

13:10 - 28 İyul 2023

 İranda ekoloji fəlakət: meşələr sürətlə məhv olur

İranda 2020-2021-ci illər arası yanğın, insan müdaxiləsi, mədən tullantıları və digər səbəblərə görə 45 min hektar meşə məhv olub.

Yenipress.az xəbər verir ki, bu barədə iranlı ekoloqlar məlumat yayıblar.

Bundan öncəki illərdə ildə ortalama 12 min hektar meşə zolağının məhv edildiyini deyən ekoloqlar son illər bunun əhəmiyyətli dərəcədə artdığını bildiriblər.

Məlumatda hakimiyyətin ətraf mühitin qorunması, meşələrdə baş verən yanğınların qarşısının alınması üçün yetərli texnika və avadanlıq ayırmadığı qeyd edilib.

Ekoloqların sözlərinə görə, 2021-ci ildə meşələrin məhv olması ilə bağlı tərtib edilən statistikada Qərbi Azərbaycan əyaləti ilk 6 əyalətdən biri olub.

Xəbər xətti


Digər xəbərlər