Ruslar sürətlə Kiyevə girir - Son dəqiqə

DÜNYA bölməsi

11:43 - 25 Fevral 2022

 Ruslar sürətlə Kiyevə girir - Son dəqiqə

Rusiya qoşunları Ukrayna ordusunun iki yük maşınını ələ keçirərək, Kiyev vilayətinin Obolini rayonundan paytaxtın mərkəzinə doğru hərəkət edir.

Yenipress.az xəbər verir ki, bu haqda müdafiə nazirinin müavini Anna Malyar bildirib. O, Kiyevin Hostomel şəhərində lentə alınmış görüntüləri paylaşıb.

“Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin iki yük avtomobilini ələ keçirib, ukraynalı hərbçilərin formalarını geyinib və Obolini tərəfdən sürətlə Kiyevin mərkəzinə hərəkət edirlər, onların ardınca Rusiya hərbi yük maşınlarının kalonu hərəkət edir. Onlar mütləq məhv ediləcək”, - o, bildirib.

Xəbər xətti


Digər xəbərlər