ABŞ və İsrail prezidentləri İranı müzakirə etdilər

DÜNYA bölməsi

10:54 - 19 İyul 2023

 ABŞ və İsrail prezidentləri İranı müzakirə etdilər

İsrail Prezidenti İshaq Hersoq və ABŞ Prezidenti Co Bayden arasında Ağ Evdə keçirilən görüşdə İranın nüvə silahı əldə etməsinə qarşı mübarizədə əməkdaşlığın artırılması, həmçinin, İran və Rusiya arasında hərbi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib.

Yenipress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bayden Amerikanın İsrailə bağlılığının möhkəm və sarsılmaz olduğunu, həmçinin, ABŞ-ın İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəklərini deyib.

Görüşdən sonra İsrail prezidenti Hersoq da jurnalistlərə açıqlamasında bildirib ki, Baydenlə İranın nüvə təhlükəsini, İsrailin ərəb ölkələri ilə münasibətlərinin normallaşma sazişinin genişləndirilməsini və Livan Hizbullahının bölgədə gərginlik yaradan fəaliyyətlərini də müzakirə ediblər.

Xəbər xətti


Digər xəbərlər