İran pasportu 92-ci yerdə qərarlaşdı

DÜNYA bölməsi

10:50 - 19 İyul 2023

 İran pasportu 92-ci yerdə qərarlaşdı

İranın pasportu dünyada Eritreya və Sudanla birlikdə 92-ci yerdə qərarlaşıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Henley” institutu məlumat yayıb.

Reytinq cədvəlində Sinqapurun pasportu birinci yerdə, Almaniya, İtaliya və İspaniya pasportları isə birlikdə ikinci yerdədir.

Qeyd edək ki, bundan bir müdət əvvəl “Pasport İndeksi” saytının açıqladığı məlumatda İran vətəndaşlarının yalnız 15 ölkəyə vizasız gedə bildiyi, 38 ölkəyə isə səyahət etmək üçün aeroport vizası ala bildikləri qeyd edilib.

Xəbər xətti


Digər xəbərlər