Makron hökumətdə kadr dəyişikliyi hazırlayır

DÜNYA bölməsi

14:47 - 18 İyul 2023

 Makron hökumətdə kadr dəyişikliyi hazırlayır

Fransa Prezidenti Emmanuel Makron yaxın vaxtlarda hökumətin tərkibində dəyişikliklər hazırlayır, lakin Baş nazir Elizabet Born öz vəzifəsini qoruyacaq.

Yenipress.az xəbər verir ki, bu barədə “Le Figaro” öz mənbələrinə istinadən məlumat yayıb.

“Makron Elizabet Bornu “sabitlik naminə” baş nazir olaraq saxlamaq qərarına gəlib və bu yaxınlarda ona bu barədə məlumat verib. Born isə Makron tərəfindən təsdiqləndikdən sonra hökumətdə bəzi dəyişikliklərin olmasını istədiyini və bu həftə öz təkliflərini prezidentə çatdıracağını bildirib”, - məlumatda deyilir.

Qeyd olunur ki, kadr dəyişikliyi yaxın günlərdə baş verə bilər.

Xatırladaq ki, bu gün Makron nazirləri həyat yoldaşları ilə Yelisey sarayında şam yeməyinə dəvət edib. Yay tətili öncəsi bu cür görüşlər ənənəvi olsa da, bu dəfə jurnalistlər bunu hakimiyyətdə mümkün dəyişikliklərlə əlaqələndiriblər.

Xəbər xətti


Digər xəbərlər