Ankarada fabrikdə partlayış: yaralılar var

DÜNYA bölməsi

13:38 - 18 İyul 2023

 Ankarada fabrikdə partlayış: yaralılar var

Türkiyənin Ankara əyalətində Maşınqayırma və Kimya Sənayesi fabrikində partlayış olub.

Yenipress.az xəbər verir ki, bu barədə “Hurriyyət” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində biri ağır olmaqla, 4 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib. Hadisənin səbəbi araşdırılır.

Xəbər xətti


Digər xəbərlər