Ermənistanın yolları turistləri qorxudur

DÜNYA bölməsi

12:27 - 18 İyul 2023

 Ermənistanın yolları turistləri qorxudur

Ermənistanın yolları dəhşətli vəziyyətdədir, bəziləri isə avtomobillər üçün tamamilə keçilməzdir. Nədənsə onların təmiri yüksək turizm mövsümündə aparılır ki, bu da ölkəyə turist axınına təsir göstərir.

Yenipress.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

Məlumata görə, Ermənistanın turizm şirkətləri yayın qəzalı yolların təmiri üçün ən yaxşı mövsüm olmadığını bildirir, lakin Ermənistan hakimiyyəti belə düşünmür və yüksək turizm mövsümündə təmirə başlayır:

“Təcrübə göstərir ki, qəzalı və ya düzəlməkdə olan yolda maşın sürmüş turist çətin ki, bir daha həmin yolda hərəkət etmək istəsin. İş o yerə çatır ki, turoperatorlar özləri bir çox məkanı səfər proqramından çıxarırlar, çünki turistlər sadəcə olaraq yolun vəziyyətinə görə ora gedə bilmirlər”.

Xəbər xətti


Digər xəbərlər