Berbok stilist xidmətlərinə gündə 9 min avro xərcləyir

DÜNYA bölməsi

11:20 - 18 İyul 2023

 Berbok stilist xidmətlərinə gündə 9 min avro xərcləyir

Almaniyanın xarici işlər naziri Annalena Berbokun stilisti federal büdcəyə gündə təxminən 9 min avroya başa gəlir.

Yenipress.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə Berbok vergi ödəyiciləri üçün ən bahalı kabinet naziri olub:

“Onun xərcləri 136 min avro təşkil edib. Berbok vizajistinə gündəlik 8925 avro ödəyib. Təkcə bu ilin birinci yarısında Almaniyanın federal nazirliklərində bərbərlərin, vizajistlərin, kosmetoloqların və fotoqrafların xərcləri təxminən yarım milyon avro təşkil edib”.

Xəbər xətti


Digər xəbərlər