Rusiya qidadan silah olaraq istifadə edir - Borrell

DÜNYA bölməsi

10:03 - 18 İyul 2023

 Rusiya qidadan silah olaraq istifadə edir - Borrell

AB Rusiyanı öz qərarına yenidən baxmağa və taxıl müqaviləsinin icrasını dərhal bərpa etməyə çağırır.

Yenipress.az xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Jozep Borrell deyib.

“Rusiya qidadan silah olaraq istifadə edir. Müqavilələri pozmaqla Rusiya təkbaşına Ukraynanın mühüm əsas taxıl ixrac marşrutlarından birini bağlayır və bütün dünyada taxıl tədarükünün pozulmasına və ərzaq qiymətlərinin artmasına görə məsuliyyət daşıyır. AB qlobal ərzaq təhlükəsizliyini həll etmək və Qara dəniz taxıl sazişinin yenidən qurulması üçün bütün səyləri davam edəcək”, - Borrell bildirib.

Xəbər xətti


Digər xəbərlər